Company · Civic and Social Organizations
Ilra - Institute For Labor Rights Advocacy
Azərbaycanda vətəndaşların əmək hüquqlarının təmin edilməsinə dəstək göstərmək, əmək hüquqları sahəsində vətəndaş fəallığını artırmaq və bu sahədə olan təşəbbüsləri vahid bir mərkəzdə birləşdirmək məqsədilə Əmək Hüquqlarının Müdafiəsi İnstitutunu (ILRA - Institute for Labor Rights Advocacy) yaradıldı. Məqsədlərinə çatmaq üçün ILRA aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir- ILRA Azərbaycanda əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının üzə çıxarılması, onların araşdırılması və ehtiyac olduğu halda ctimailəşdirilməsi məqsədilə vətəndaş müraciətləri, kütləvi informasiya vasitələri və yerli icmalardan əldə etdiyi məlumatlar əsasında alternativ monitorinq mexanizmi yaradır- ILRA instituta daxil olan müraciətləri qanunvericiliyə uyğun olaraq aidiyyəti dövlət qurumlarına yönəldir və müvafiq dövlət qurumlarının müraciətlərə baxılması ilə bağlı fəaliyyətini incələyir, onların fəaliyyətinin monitorinqini aparır- ILRA Azərbaycanda əmək qanunvericiliyinin tələbləri ilə bağlı müvafiq dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti üzvləri və bu sahənin ekspertləri ilə əməkdaşlıq çərçivəsində maarifləndirici tədbirlər, müzakirələr və təlimlər həyata keçirir- ILRA əmək qanunvericiliyinin tələbləri ilə bağlı vətəndaşlara pulsuz hüquqi yardım və məsləhət xidmətləri göstərir- ILRA Azərbaycanda əmək hüquqları mövzusunda vətəndaş fəallığının artırılması istiqamətində müntəzəm tədbirlər və maarifləndirmə kampaniyaları təşkil edir- ILRA Azərbaycanda əmək qanunvericiliyi bazasının təkmilləşdirilməsi və əmək bazarının inkişafı istiqamətində elmi tədqiqatlar aparır, təkliflər hazırlayır və müvafiq orqanlara yönəldir. ILRA dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti fəalları, sahibkarlar və xüsusilə müvafiq sahələrin gənc mütəxəssisləri ilə əməkdaşlığa açıqdır. Hüquqlarımızın müdafiəsi üçün gəlin birlikdə addımlayaq, “İşçiyəm, hüquqlarım var” deyək!
Team composition
Roles at Ilra - Institute For Labor Rights Advocacy
11 to 50 staff
- 1baku, azerbaijan
On record
Reveal on Kipplo
Get the full team — names, verified emails, phone numbers — in the Kipplo app.
Unlock teamFiled under Civic and Social Organizations in Azerbaijan.